Premyer Liqa: 30-cu turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 30-cu turunun oyunları üçün hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

İlk oyun günündə bir qarşılaşma baş tutacaq. “Sumqayıt” ilə “Zirə” arasında keçiriləcək qarşılaşmanın baş hakimi Tural Qurbanov olacaq.

Şənbə gününə təsadüf edəcək “Qəbələ” – “Turan Tovuz” matçı Rauf Cabbarova, “Neftçi” – “Araz-Naxçıvan” görüşü isə FİFA referisi Əliyar Ağayevə tapşırılıb.

Son iki oyun bazar günü keçiriləcək. “Səbail” – “Kəpəz” matçında Cavid Cəlilov söz sahibi olacaq. “Sabah”la “Qarabağ” arasındakı oyunu isə Rəvan Həmzəzadə idarə edəcək.

Premyer Liqa
30-cu tur
12 aprel

“Sumqayıt” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Kamal Umudlu.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.

13 aprel

“Qəbələ” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Qəbələ şəhər stadionu, 16:30.

“Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Əliyar Ağayev, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Neftçi Arena”, 19:00.

14 aprel

“Səbail” – “Kəpəz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. “ASCO Arena”, 16:30.

“Sabah” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Masazır Arena”, 19:00.