Premyer Liqa: 35-ci turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 35-ci turunun hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Bu gün baş tutacaq “Qarabağ” – “Turan Tovuz” oyununu Cavid Cəlilov idarə edəcək.

Sabah keçiriləcək “Sabah” – “Sumqayıt” oyunu İnqilab Məmmədova, “Səbail” – “Neftçi” matçı Tural Qurbanova, “Kəpəz” – “Zirə” qarşılaşması isə Rəvan Həmzəzadəyə tapşrırılıb.

Turun sonuncu oyun günündə isə bir oyun keçiriləcək. “Qəbələ” ilə “Araz-Naxçıvan” arasında baş tutacaq son qarşılaşmanı Elvin Bayramov idarə edəcək.

Premyer Liqa
35-ci tur
17 may

20:30. “Qarabağ” – “Turan Tovuz”
Hakimlər: Cavid Cəlilov, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

18 may

17:00. “Sabah” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Masazır Arena.”

17:00. “Səbail” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Nicat İsmayıllı.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Bayıl Arena”.

17:00. “Kəpəz” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Cəmil Quliyev, Kamal Umudlu.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Tovuz şəhər stadionu.

19 may

16:00. “Qəbələ” – “Araz-Naxçıvan”
Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Əkbər Əhmədov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Qəbələ şəhər stadionu.