Premyer Liqa: 35-ci turun son 4 matçının hakimləri bilindi

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2022/2023 mövsümünün 35-ci turunun bütün təyinatları müəyyənləşib. Arena.az xəbər verir ki, bu gün dörd qarşılaşma baş tutacaq.

“Turan Tovuz” – “Səbail” matçını Rəvan Həmzəzadə idarə edəcək. “Şamaxı” – “Qəbələ” oyunu Fərid Hacıyevə tapşırılıb. “Sabah” – “Zirə” matçının baş hakimi İnqilab Məmmədov olacaq. “Qarabağ” – “Sumqayıt” matçında isə Rəşad Əhmədov söz sahibi olacaq.

Xatırladaq ki, ilk oyun günündə baş tutan “Kəpəz” – “Neftçi” matçında qonaqlar 3:1 hesablı qələbəyə seviniblər.

Çempionluğunu təmin etmiş “Qarabağ” hazırda 87 xalla vahid liderdir. “Sabah” 80 xalla ikinci, “Neftçi” 65 xalla üçüncü pillədə qərarlaşıb. “Qəbələ” 48, “Zirə” 46, “Turan Tovuz” 38, “Kəpəz” 30, “Sumqayıt” 28, “Səbail” 25, “Şamaxı” isə 24 xal toplayıb.

Azərbaycan, Premyer Liqa
35-ci tur

22 may

“Turan Tovuz” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Vüsal Məmmədov, Nicat İsmayıllı.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmmədov.
Tovuz şəhər stadionu, 16:30.

“Şamaxı” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Kamal Umudlu.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Şamaxı şəhər stadionu, 16:30.

“Sabah” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Masazır. “Bank Respublika Arena”, 16:30.

“Qarabağ” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Teymur Teymurov, Əli Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Bakı. “Azərsun Arena”, 16:30.