Premyer Liqa: 35 turdan sonra gələn 3 heç-heçə

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 13-cü turu sülhsevərliyi ilə yadda qalıb.

Arena.az xəbər verir ki, beş oyundan üçündə heç-heçə qeydə alınıb.

“Neftçi” – “Şamaxı” və “Sabah” – “Kəpəz” matçları eyni hesabla (2:2) yekunlaşıb. “Səbail” – “Turan Tovuz” qarşılaşması isə 1:1 hesabı ilə nəticələnib.

Eyni turda üç bərabərliyin qeydə alınmasına sonuncu dəfə ötən mövsümün 14-cü turunda təsadüf olunmuşdu. 35 tur əvvəl – ötən ilin noyabrında “Səbail” – “Kəpəz” və “Sumqayıt” – “Zirə” qarşılaşmaları qolsuz, “Neftçi” – “Araz-Naxçıvan” görüşü 1:1 hesabı ilə yekunlaşmışdı.

Qeyd edək ki, 13-cü turun digər iki görüşündə “Qarabağ” “Zirə”yə 4:0, “Araz-Naxçıvan” isə “Sumqayıt”a 1:0 hesabıyla qalib gəlib.

13 turdan Premyer Liqanın yarış cədvəlinə 31 xala malik “Qarabağ” rəhbərlik edir. Ağdam təmsilçisinin ehtiyatda təxirə salınmış bir oyunu da var. 30 xalı olan “Araz-Naxçıvan” ikinci, 26 xala malik “Turan Tovuz” isə üçüncüdür.

Xəbəri sosial şəbəkələrdə paylaş: