Premyer Liqa: 8-ci turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 8-ci turunun oyunları üçün hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, 8-ci turun görüşləri 29, 30 sentyabr və 1 oktyabrda baş tutacaq.

İlk oyun günündə bir görüş baş tutacaq. “Qarabağ”la “Sumqayıt” arasındakı bu görüşü FİFA referisi Əliyar Ağayev idarə edəcək.

“Turan Tovuz” – “Neftçi” matçı Emin Əliyevə, “Səbail” – “Sabah” qarşılaşması isə Cavid Cəlilova həvalə olunub.

Sonuncu oyun gününə təsadüf edəcək “Kəpəz” – “Qəbələ” matçının baş hakimi Rauf Cabbarov olacaq. “Araz-Naxçıvan” – “Zirə” görüşündə isə Əli Əliyev fit çalacaq.

Premyer Liqa
8-ci tur
29 sentyabr

“Qarabağ” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Teymur Teymurov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “Azərsun Arena”, 20:00.

30 sentyabr

“Turan Tovuz” – “Neftçi”
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Şirmamed Mamedov, Fərid Hacıyev.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Tovuz şəhər stadionu, 16:00.

“Səbail” – “Sabah”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rəhman İmami, Tural Qurbanov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. “ASCO Arena”, 18:00.

1 oktyabr

“Kəpəz” – “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Asiman Əzizli, Rəşad Əhmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Gəncə şəhər stadionu, 16:00.

“Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Cəmil Quliyev, Kamran Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “Dalğa Arena”, 18:30.

Xəbəri sosial şəbəkələrdə paylaş: