Premyer Liqa: 9 klubun dəyəri qalxıb, “Neftçi”də azalıb

Nüfuzlu “Transfermarkt” internet-portalının ilin yekunları üzrə açıqladığı siyahıda Azərbaycan çempionatının (Premyer Liqa) dəyəri qalxıb.

Arena.az “Transfermarkt” internet-portalına istinadən məlumat verir ki, Azərbaycan çempionatında çıxış edən futbolçuların ümumi bazar qiyməti 90,08 milyon avrodan 100,30 milyon avroya (11.4 faiz artım) yüksəlib.

Azərbaycan klublarından yalnız “Neftçi”nin heyətinin qiymətində azalma müşahidə olunur. “Ağ-qaralar”ın oyunçularının ümumi dəyəri 12,03 milyon avrodan 10,55 milyon avroya (-12.3 faiz) düşüb.

Faiz nisbətində (82,6 faiz) ən çox artım isə “Şamaxı”da qeydə alınıb. Əyalət təmsilçisinin oyunçularının ümumi dəyəri 3,03 milyon avrodan 5,53 milyon avroya qalxıb.

Premyer Liqa komandalarının futbolçulara görə bazar dəyəri:

  1. “Qarabağ” – 22,65 milyon avro (əvvəlki 20,33 milyon avro) – 12 faiz artıb
  2. “Zirə” – 12,40 milyon avro (əvvəlki 11,58 milyon avro) – 7,1 faiz artıb
  3. “Sabah” – 11,95 milyon avro (əvvəlki 11,75 milyon avro) – 1,7 faiz artıb
  4. “Sumqayıt” – 10.95 milyon avro (əvvəlki 10,68 milyon avro) – 2,6 faiz artıb
  5. “Neftçi” – 10,55 milyon avro (əvvəlki 12,03 milyon avro) – 12,3 faiz azalıb
  6. “Araz-Naxçıvan” – 7,75 milyon avro (əvvəlki 5,53 milyon avro) – 40,3 faiz artıb
  7. “Turan Tovuz” – 7,48 milyon avro (əvvəlki 5,60 milyon avro) – 33,5 faiz artıb
  8. “Kəpəz” – 6,13 milyon avro (əvvəlki 5,48 milyon avro) – 11,9 faiz artıb
  9. “Şamaxı” – 5.53 milyon avro (əvvəlki 3,03 milyon avro) – 82,6 faiz artıb
  10. “Səbail” – 4,93 milyon avro (əvvəlki 4,20 milyon avro) – 17,3 faiz artıb
Xəbəri istədiklərinizlə paylaşın