Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 23-cü turuna start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Tura Masazırda keçiriləcək “Sabah” – “Kəpəz” oyunu ilə start veriləcək. Paytaxt təmsilçisi hazırda 28 xalla 8-ci, Gəncə klubu isə 20 xalla 9-cudur. Son iki turda heç-heçə ilə kifayətlənən “bayquşlar” əsas izləyicisi ilə oyunda uğursuz gedişata son qoymağa çalışacaq.
“Sabah”la “Kəpəz” indiyə qədər 6 oyunda üz-üzə gəliblər. Gəncə təmsilçisi indiyə qədər bu rəqibinə qalib gələ bilməyib. Bu komandaların 2 oyunu heç-heçə bitibsə, qalan 4 görüş “Sabah”ın xeyrinə yekunlaşıb. “Sabah” bu rəqibinə hər oyunda 2 və ya daha çox qol vurub.
Günün digər oyununda “Səbail” və “Araz-Naxçıvan” komandaları üz-üzə gələcəklər. Bu komandalar da turnir cədvəlində qonşudurlar. Özü də xalları da eynidir – 30 xal.
“Səbail”lə “Araz-Naxçıvan” indiyə qədər 2 oyunda üz-üzə gəliblər ki, həmin görüşlər də cari mövsümə təsadüf edib. Əvvəlki oyunlardan birində “Səbail” qalib gəlib, digəri sülhlə bitib. “Araz-Naxçıvan” hələ bu rəqibi üzərində qələbə qazanmayıb. “Səbail” hər iki matçda qol vurub.
Qeyd edək ki, bu turun “Qəbələ” – “Qarabağ” oyunu fevralın 28-nə təxirə salınıb.
Premyer Liqa
23-cü tur
17 fevral
“Sabah” – “Kəpəz”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Masazır Arena”, 16:00
“Səbail” – “Araz-Naxçıvan”
Hakimlər: Kamran Əliyev, Vüsal Məmmədov, Rəhman İmami, Tural Qurbanov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“Bayıl Arena”, 18:30
18 fevral
“Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:30.
“Neftçi” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bakı. “Neftçi Arena”, 18:00.