Premyer Liqa: “Arsenal”, “Çelsi” və MS evdə sevindi, “Tottenhem”…

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 26-cı tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə yeddi qarşılaşma baş tutub.

Lider “Arsenal” bu dəfə “Bornmut”la ev oyununda əzmkar qələbəyə sevinib. Son çempion “Mançester Siti” “Nyukasl”ı 2 cavabsız qolla məğlub edib. Uğursuz mövsüm keçirən “Çelsi” nəhayət ki, bu turda “Lids” üzərində qələbə qazanmağa nail olub. “Vulverhempton” isə “Tottenhem”i məğlub yola salıb.

Günün digər oyunları da meydan sahiblərinin xeyrinə bitib. “Aston Villa” “Kristal Pelas”ı, “Sauthempton” “Lester Siti”ni, “Brayton” da “Vest Hem”i xalsız göndərib.

Turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.

İngiltərə Premyer Liqası
26-cı tur
5 mart

Mançester Siti – Nyukasl 2:0
Qol: Foden, 15. B.Silva, 67.

Arsenal – Bornmut 3:2
Qol: Partey, 62. Uayt, 70. Nelson, 90+7 – Billinq, 1. Senesi, 57.

Aston Villa – Kristal Pelas 1:0
Qol: C.Anderson, 27-öz qapısına.

Brayton – Vest Hem 4:0
Qol: Makallister, 18-pen. Veltman, 51. Mitoma, 69. Uelbek, 89.

Çelsi – Lids 1:0
Qol: U.Fofana, 53.

Vulverhempton – Tottenhem 1:0
Qol: A.Traore, 82.

Sauthempton – Lester Siti 1:0
Qol: Alkaras, 35.

5 mart

18:00. Nottingem Forest – Everton
20:30. Liverpul – Mançester Yunayted

6 mart

00:00. Brentford – Fulhem

Xəbəri sosial şəbəkələrdə paylaş: