Premyer Liqa: “Arsenal” qalib gəldi, MY yenə uduzdu

Futbol üzrə İngitərə çempionatında (Premyer Liqa) 2022/2023 mövsümünün 35-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

Lider “Mançester Siti”nin əsas izləyicisi “Arsenal” səfərdə “Nyukasl”la qarşılaşıb. “Topçular” bu oyunda inamlı qələbə qazanmaqla aradakı xal fərqini minimuma endiriblər.

“Mançester Yunayted” isə səfərdə “Vest Hem”lə üz-üzə gəlib. “Qırmızı şeytanlar” turu məğlubiyyətlə başa vurublar.

Beləliklə, hazırda “Mançester Siti” 82 xalla zirvədə qərarlaşıbsa, “Arsenal” 81 xalla ikinci pillədədir. “Nyukasl” 65 xalla 3-cü pillədə qalıb. “Mançester Yunayted” 63 xalla 4-cü, “Liverpul” 62 xalla 5-ci, “Tottenhem” 57 xalla 6-cı, “Brayton” 55 xalla 7-ci, “Aston Villa” 54 xalla 8-ci, “Brentford” 50 xalla 9-cu, “Fulhem” isə 45 xalla 10-cu pillədə qərarlaşıb.

“Çelsi”nin 42, “Kristal Pelas”la “Vulverhempton”un 40, “Bornmut”un 39, “Vest Hem”in 37, “Lester Siti”, “Lids” və “Nottingem Forest”in 30 xalı var.

İngiltərə, Premyer Liqa
35-ci tur
6 may

Bornmut – Çelsi 1:3
Qol: Vina, 21 – Qallaxer, 9. Badiaşile, 82. J.Feliks, 86.

Mançester Siti – Lids 2:1
Qol: İ.Gündoğan, 19; 27 – Rodriqo, 85.

Tottenhem – Kristal Pelas 1:0
Qol: H.Keyn, 45+1.

Vulverhempton – Aston Villa 1:0
Qol: Toti, 9.

Liverpul – Brentford 1:0
Qol: Salah, 13.

7 may

Nyukasl – Arsenal 0:2
Qol: Edeqor, 14. Şer, 71-öz qapısına.

Vest Hem – Mançester Yunayted 1:0
Qol: Benrahma, 27.

8 may

18:00. Fulhem – Lester Siti
20:30. Brayton – Everton
23:00. Nottingem Forest – Sauthempton

Xəbəri istədiklərinizlə paylaşın