Premyer Liqa: “Arsenal”a qələbə üçün bir qol bəs etdi

Futbol üzrə İngiltərə Premyer Liqasında 30-cu turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.

Həftəiçi təxirə salınmış oyunda “Liverpul”a məğlub olan “Arsenal” bu dəfə “Aston Villa”nın qonağı olub. London təmsilçisi səfərdə minimal hesabla qalib gəlib.

Bu tur London derbisiylə diqqət çəkir. “Tottenhem” – “Vest Hem” qarşılaşması həm də, turnir cədvəlində avrokubok zonasından uzaqlaşmamaq baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, bu həftə 30-cu turun cəmi 4 görüşü baş tutacaq. Qalan 6 oyun isə İngiltərə kubokunun oyunlarına görə təxirə salınıb.

İngiltərə Premyer Liqası
30-cu tur
18 mart

Vulverhempton – Lids 2:3
Qol: Conni, 26. Trinkao, 45+11 – Harrison, 63. Rodriqo, 66. Aylinq, 90+1.

19 mart

Aston Villa – Arsenal 0:1
Qol: Saka, 30.

20 mart

18:00 Lester Siti – Brentford
20:30 Tottenhem – Vest Hem