Premyer Liqa: “Arsenal”dan “Brentford” üzərində əzmkar qələbə

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 19-cu turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Brentford” “Arsenal”ı qəbul edib. Dörd qolun qeydə alındığı oyunda hesabı meydan sahibəri açsa da, yekunda “topçular” əzmkar qələbəyə seviniblər.

Beləliklə, 19 turdan sonra 18 oyuna 45 xal toplamış “Liverpul” vahid liderdir. “Arsenal” 39 xalla ikinci, “Nottingem Forest” 37 xalla üçüncü, “Çelsi” 35 xalla dördüncü, “Nyukasl” 32 xalla beşinci, “Mançester Siti” 31 xalla altıncı pillədə qərarlaşıb.

“Bornmut”un 30, “Fulhem” və “Aston Villa”nın 29, “Brayton”un 27, “Tottenhem” və “Brentford”un 24, “Vest Hem”in 23, “Mançester Yunayted”in 22 xalı var.

İngiltərə, Premyer Liqa
19-cu tur
29 dekabr

Lester Siti – Mançester Siti 0:2
Qollar: Savinyo, 21. Haland, 74.

Kristal Pelas – Sauthempton 2:1
Qollar: Çaloba, 31. Eze, 52 – Diblinq, 15.

Everton – Nottingem Forest 0:2
Qollar: Vud, 15. Gibbs-Uayt, 61.

Fulhem – Bornmut 2:2
Qollar: R.Ximenes, 40. H.Uilson, 72 – Evanilson, 51. Uattara, 89.

Tottenhem – Vulverhempton 2:2
Qollar: Bentankur, 12. B.Conson, 45+3 – Hvanq, 7. Larsen, 87.

Vest Hem – Liverpul 0:5
Qollar: L.Dias, 30. Qakpo, 40. Salah, 44. Aleksandr-Arnold, 54. D.Jota, 84.

30 dekabr

Aston Villa – Brayton 2:2
Qollar: O.Uotkins, 36-pen. M.Rocers, 47 – Adinqra, 12. Lampti, 81.

İpsviç Taun – Çelsi 2:0
Qollar: Delap, 12-pen. Hatçinson, 53.

Mançester Yunayted – Nyukasl 0:2
Qollar: A.İsak, 4. Joelinton, 19.

1 yanvar

Brentford – Arsenal 1:3
Qollar: Mbeumo, 13 – Qabriel Jezus, 29. Merino, 50. Martinelli, 53.