Premyer Liqa: “Arsenal”dan inamlı qələbə

Futbol üzrə İngiltərə Premyer Liqasında 17-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Kristal Pelas” – “Sauthempton” matçında qalib müəyyənləşməyib.

Səfərdə “Brayton”la qarşılaşan “Vulverhempton” 3 xalı tək qolla qazanıb.

“Arsenal” isə doğma meydanda “Vest Hem”lə qarşılaşıb. London təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

“Çelsi”nin bu turdakı rəqibi “Everton” olacaq. Tura “Liverpul” – “Nyukasl” matçıyla yekun vurulacaq.

Bu tur keçirilməli olan “Brentford” – “Mançester Yunayted” və “Bernli” – “Uotford” matçları təxirə salınıb. Buna “Mançester Yunayted” və “Uotford” komandaların heyətində koronavirusa kütləvi yoluxanların olması səbəb göstərilib.

İngiltərə Premyer Liqası
17-ci tur
14 dekabr

Norviç Siti – Aston Villa 0:2
Qol: Remsi, 34. Uotkins, 87.

Mançester Siti – Lids 7:0
Qol: Foden, 8. Qriliş, 13. De Bruyne, 32; 62. Mahrez, 49. Stounz, 74. Ake, 78.

15 dekabr

Brayton – Vulverhempton 0:1
Qol: Saiss, 45+1.

Kristal Pelas – Sauthempton 2:2
Qol: Zaha, 2. Ayyu, 65 – Uord-Prauz, 32. Broya, 36.

Arsenal – Vest Hem 2:0
Qol: Martinelli, 48. Smit Rou, 87.

16 dekabr

23:30. Lester Siti – Tottenhem
23:45. Çelsi – Everton
00:00. Liverpul – Nyukasl

Xəbəri sosial şəbəkələrdə paylaş: