Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 7-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.
“Everton” – “Nyukasl” matçında qapılara qol vurulmayıb. “Brentford” “Vulverhempton”u, “Lester Siti” “Bornmut”u, “Vest Hem” isə “İpsviç Taun”u məğlub yola salıb.
Səfərdə “Kristal Pelas”la qarşılaşan lider “Liverpul” bu dəfə də 3 xala sevinib.
Son çempionu “Mançester Siti” “Fulhem”lə ev oyunundan çətin qələbə ilə ayrılıb. Çempionluğa digər namizəd “Arsenal” isə doğma meydanda “Sauthempton” üzərində inamlı qələbəyə sevinib.
İngiltərə, Premyer Liqa
7-ci tur
5 oktyabr
Kristal Pelas – Liverpul 0:1
Qol: Dioqo Jota, 9.
Arsenal – Sauthempton 3:1
Qollar: Haverts, 58. Martinelli, 68. Saka, 88 – Arçer, 55.
Brentford – Vulverhempton 5:3
Qollar: Kollins, 2. Mbeumo, 20. Norqard, 28. Pinnok, 45+2. Karvalyo, 90 – Kunya, 4. Larsen, 26. Ait-Nuri, 90+3.
Lester Siti – Bornmut 1:0
Qol: Buonanotte, 16.
Mançester Siti – Fulhem 3:2
Qollar: Kovaçiç, 32; 47. Doku, 82 – A.Pereyra, 26. R.Munis, 88.
Vest Hem – İpsviç Taun 4:1
Qollar: M.Antonio, 1. M.Kudus, 43. Bouen, 49. Paketa, 69 – Delap, 6.
Everton – Nyukasl 0:0
6 oktyabr
17:00. Aston Villa – Mançester Yunayted
17:00. Çelsi – Nottingem Forest
19:30. Brayton – Tottenhem