Premyer Liqa: Biri ÇL, digəri elitada qalmaq şansını itirdi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2022/2023 mövsümünün 36-cı turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Lids” – “Nyukasl” matçında qalib müəyyənləşməyib. “Çelsi”nin “Nottingem Forest”lə ev oyununda da oxşar nəticə qeydə alınıb.

“Mançester Yunayted” doğma meydanda “Vulverhempton”u, “Kristal Pelas” isə “Bornmut”u 2 cavabsız qolla məğlub edib.

“Tottenhem” səfərdə “Aston Villa” ilə qarşılaşıb. Bu oyundan məğlubiyyətlə ayrılan London təmsilçisinin UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq şansı heçə enib.

Çempionatın aşkar autsayderi “Sauthempton” isə doğma meydanda “Fulhem”ə uduzub. Nəticədə bu komandanın da Premyer Liqanı tərk edəcəyi dəqiqləşib.

Xatırladaq ki, hazırda bir oyun az keçirsə də, 82 xala malik “Mançester Siti” zirvədə qərarlaşıb. “Arsenal” 81 xalla ikincidirsə, “Nyukasl” və “Mançester Yunayted”in 66 xalı var. “Liverpul” 62, “Tottenhem”lə “Aston Villa” 57, “Çelsi” 43 xal toplayıb.

İngiltərə, Premyer Liqa
36-cı tur
13 may

Lids – Nyukasl 2:2
Qol: Aylinq, 7. Kristensen, 79 – K.Uilson, 31-pen; 69-pen.

Aston Villa – Tottenhem 2:1
Qol: Remsi, 8. D.Luis, 72 – H.Keyn, 90-pen.

Çelsi – Nottingem Forest 2:2
Qol: Sterlinq, 51; 58 – Avoniyi, 13; 62.

Kristal Pelas – Bornmut 2:0
Qol: E.Eze, 39; 58.

Mançester Yunayted – Vulverhempton 2:0
Qol: Marsyal, 32. Qarnaço, 90+4.

Sauthempton – Fulhem 0:2
Qol: K.Vinisius, 48. Mitroviç, 72.

14 may

17:00. Brentford – Vest Hem
17:00. Everton – Mançester Siti
19:30. Arsenal – Brayton

15 may

23:00. Lester Siti – Liverpul