Futbol üzrə İngiltərə Premyer Liqasında 35-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bazar günü daha üç qarşılaşma baş tutub.
Səfərdə “Everton”la qarşılaşan “Çelsi” turu məğlubiyyətlə başa vurub. Londonun digər təmsilçisi “Tottenhem” doğma meydanda “Lester Siti” üzərində inamlı qələbəyə sevinib. Daha bir paytaxt klubu – “Arsenal” isə “Vest Hem”lə səfər oyunundan qələbə ilə ayrılıb.
Tura sabah keçiriləcək “Mançester Yunayted” – “Brentford” matçı ilə yekun vurulacaq.
İngiltərə Premyer Liqası
35-ci tur
30 aprel
Nyukasl – Liverpul 0:1
Qol: N.Keyta, 19.
Aston Villa – Norviç Siti 2:0
Qol: Uotkins, 41. İnqs, 90+3.
Vulverhempton – Brayton 0:3
Qol: Makallister, 42. Trossard, 70. Bissuma, 86.
Sauthempton – Kristal Palas 1:2
Qol: Romeu, 9 – Eze, 60. Zaha, 90+2.
Uotford – Bernli 1:2
Qol: Tarkovski, 8-öz qapısına – Kork, 83. Braunvill, 86.
Lids – Mançester Siti 0:4
Qol: Rodri, 13. Ake, 54. Q.Jezus, 78. Fernandinyo, 90+3.
1 may
Tottenhem – Lester Siti 3:1
Qol: Keyn, 22. Son, 60; 79 – İheanaço, 90+1.
Everton – Çelsi 1:0
Qol: Riçarlison, 46.
Vest Hem – Arsenal 1:2
Qol: Bouen, 45 – Holdinq, 38. Qabriel, 54.
2 may
23:00. Mançester Yunayted – Brentford


