Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 8-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma baş tutub.
“Kristal Pelas” – “Nottingem Forest” matçında qapılara qol vurulmayıb.
“Everton” “Bornmut”u, “Fulhem” “Şeffild Yunayted”i məğlub yola salıb.
Mövsümə uğursuz başlamış “Mançester Yunayted” bu dəfə “Brentford”la ev oyunundan əzmkar qələbə ilə ayrılıb. İddialı olmasına rəğmən, mövsümə uğursuz başlamış digər Premyer Liqa nəhəngi “Çelsi” də səfərdə “Börnli” üzərində darmadağına sevinib.
Səfərdə “Luton Taun”la qarşılaşan “Tottenhem” isə 3 xalı tək qolla qazanıb.
Turun qalan dörd oyunu sabah – bazar günü keçiriləcək.
İngiltərə, Premyer Liqa
8-ci tur
7 oktyabr
Luton Taun – Tottenhem 0:1
Qol: Van de Ven, 52.
Börnli – Çelsi 1:4
Qollar: Odobert, 15 – Əl-Daxil, 42-öz qapısına. Palmer, 50-pen. Sterlinq, 65. Cekson, 74.
Everton – Bornmut 3:0
Qollar: Qarner, 8. Harrison, 37. Dukure, 60.
Fulhem – Şeffild Yunayted 3:1
Qollar: De Kordova, 53. Foderingem, 76-öz qapısına. Villian, 90+2 – E.Robinson, 68-öz qapısına.
Mançester Yunayted – Brentford 2:1
Qollar: Maktominey, 90+3; 90+7 – Yensen, 26.
Kristal Pelas – Nottingem Forest 0:0
8 oktyabr
17:00. Brayton – Liverpul
17:00. Vest Hem – Nyukasl
17:00. Vulverhempton – Aston Villa
19:30. Arsenal – Mançester Siti