Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib. Arena.az xəbər verir ki, 7-ci turdan təxirə salınmış 3, 8-ci turdan təxirə salınmış 1 belə qarşılaşma baş tutub.
“Bornmut” doğma meydanda “Brayton”a, “Lester Siti” isə “Aston Villa”ya məğlub olub. Üç qolun qeydə alındığı “Lids” – “Nottingem Forest” görüşündə isə meydan sahibləri qalib gəliblər.
Günün ən maraqlı görüşlərindən biri Londonda “Çelsi” ilə “Liverpul” arasında baş tutub. Mövsümün uğursuz komandalarının görüşündə qapılara qol vurulmayıb.
Bu nəticələrdən sonra “Brayton” 46 xalla 6-cı, “Aston Villa” 44 xalla 7-ci, “Liverpul” 43 xalla 8-ci, “Çelsi” 39 xalla 11-ci, “Lids” 29 xalla 13-cü, “Nottingem Forest” 27 xalla 17-ci, “Bornmut” 27 xalla 18-ci, “Lester Siti” isə 25 xalla 19-cu pillədə qərarlaşıb.
İngiltərə Premyer Liqası
4 aprel
7-ci turun oyunları
Bornmut – Brayton 0:2
Qol: Ferquson, 27. Enkiso, 90+1.
Lids – Nottingem Forest 2:1
Qol: Harrison, 20. Sinisterra, 45+1 – Manqala, 12.
Lester Siti – Aston Villa 1:2
Qol: Barnes, 35 – Uotkins, 24. Traore, 87.
8-ci turun oyunu
Çelsi – Liverpul 0:0


