Premyer Liqa: Fevral ayının ən yaxşıları bəlli oldu

Futbol üzrə İngiltərə çempiontında (Premyer Liqa) fevral ayının ən yaxşı oyunçusu və ən yaxşı baş məşqçisi bəlli olub. Arena.az xəbər verir ki, bu mükafatların hər ikisi “Mançester Yunayted” klubunun üzvlərinə qismət olub.

Belə ki, “qırmızı şeytanlar”ın hücumçusu Markus Raşford fevralın ən yaxşı futbolçusu elan edilib. Mançester təmsilçisinin baş məşqçisi Erik ten Haq da ötən ən yaxşı məşqçisi seçilib.

Xatırladaq ki, “Mançester Yunayted” fevral ayında keçirdiyi dörd oyunda üç qələbə qazanıb və bir heç-heçə edib. Sözügedən kollektiv doğma meydanda “Lester Siti”yə 3:0, “Kristal Pelas”a isə 21:1 hesabıyla qalib gəlib. Səfərdə “Lids”i də 2:0 hesabıyla yenən Mançester təmsilçisi bu komanda ilə ev oyununda (2:2) xal itirib.

Markus Raşford da komandasının ötən ay keçirdiyi çempionat oyunlarında uduzmamasında xüsusi pay sahibi olub. O, bu oyunlarda rəqib qapılarından 5 qol keçirib.

Yeri gəlmişkən, Markus Raşford bu mövsüm üçüncü dəfədir ayın ən yaxşısı seçilir. İngiltərə milli komandasının da üzvü olan 25 yaşlı futbolçu sentyabr və yanvar ayında da “ən yaxşı” elan edilmişdi. Elə Erik ten Haq da bu mövsüm bir dəfə ən yaxşı məşqçi seçilmişdi. O, sentyabrda bütün həmkarlarından yaxşı olmuşdu.

Sonda Premyer Liqa çərçivəsində əvvəlki ayların ən yaxşı futbolçu və məşqçi seçimlərini bir daha xatırladırıq:

Ən yaxşı futbolçular
Avqust: Erlinq Haland (“Mançester Siti”)
Sentyabr: Markus Raşford (“Mançester Yunayted”)
Oktyabr: Migel Almiron (“Nyukasl”)
Noyabr: Martin Edeqor (“Arsenal”)
Dekabr: Martin Edeqor (“Arsenal”)
Yanvar: Markus Raşford (“Mançester Yunayted”)

Ən yaxşı məşqçilər
Avqust: Mikel Arteta (“Arsenal”)
Sentyabr: Erik ten Haq (“Mançester Yunayted”)
Oktyabr: Eddi Hau (“Nyukasl”)
Noyabr: Mikel Arteta (“Arsenal”)
Dekabr: Mikel Arteta (“Arsenal”)
Yanvar: Mikel Arteta (“Arsenal”)

Xəbəri sosial şəbəkələrdə paylaş: