Premyer Liqa: Fevralda “Ayın qolu” adına namizəd 5 qol – Video

Peşəkar Futbol Liqası 2024-cü ilin fevral ayında Azərbaycan çempionatında (Premyer Liqa) vurulmuş 5 ən yaxşı qolun videosunu paylaşıb.

Arena.az xəbər verir ki, siyahıda bu beş futbolçunun fevral ayında rəqib qapılarından keçirdikləri baxımlı qollar yer alıb:

Ülvi İsgəndərov (“Qəbələ”)
Tellur Mütəllimov (“Sabah”)
Ayxan Hüseynov (“Turan Tovuz”)
Kahim Parris (“Sabah”)
Yassin Benzya (“Qarabağ”).

PFL-nin rəsmi “Facebook” səhifəsində təşkil olunmuş səsvermə martın 7-də yekunlaşacaq.

Xatırladaq ki, Peşəkar Futbol Liqası cari mövsümdən etibarən Premyer Liqa çərçivəsində hər ay vurulmuş 5 ən yaxşı qolu müəyyənləşdirir. Azarkeşlər arasındakı səsvermədə birinci yerin sahibi olan isə “Ayın qolu” mükafatına layiq görülür.

Daha öncə bu futbolçular “Ayın qolu” mükafatını alıblar:

Avqust 2023 – Turan Manafov (“Araz-Naxçıvan”)
Sentyabr 2023 – Məqsəd İsayev (“Zirə”)
Oktyabr 2023 – Məhəmməd Kadiri (“Araz-Naxçıvan”)
Noyabr 2023 – Rövlan Muradov (“Sumqayıt”)
Dekabr 2023 – Turan Manafov (“Araz-Naxçıvan”)
Yanvar 2024 – Junior Martins (“Kəpəz”)