Premyer Liqa: “Fulhem” “Brentford”a səfərdə uduzdu

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 26-cı tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Brentford” doğma meydanda “Fulhem”lə qarşılaşıb. Beş qolun qeydə alındığı bu oyunda meydan sahibləri qələbəyə seviniblər. Bu nəticədən sonra “Fulhem” 39 xalla 7-ci pillədə qalıbsa, “Brentford” 38 xalla 9-cudur.

Turnir cədvəlinə 63 xala malik London “Arsenal”ı rəhbərlik edir. Onun ən yaxın izləyiciləri Mançester təmsilçiləridir. “Mançester Siti” 58 xalla ikinci, “Mançester Yunayted” isə 49 xalla üçüncü pillədə qərarlaşıb. “Tottenhem”in 45, “Liverpul”un 42, “Nyukasl”ın 41 xalı var. Uğursuz mövsüm keçirən “Çelsi” isə 34 xalla 10-cu sıradadır.

İngiltərə Premyer Liqası
26-cı tur
5 mart

Mançester Siti – Nyukasl 2:0
Qol: Foden, 15. B.Silva, 67.

Arsenal – Bornmut 3:2
Qol: Partey, 62. Uayt, 70. Nelson, 90+7 – Billinq, 1. Senesi, 57.

Aston Villa – Kristal Pelas 1:0
Qol: C.Anderson, 27-öz qapısına.

Brayton – Vest Hem 4:0
Qol: Makallister, 18-pen. Veltman, 51. Mitoma, 69. Uelbek, 89.

Çelsi – Lids 1:0
Qol: U.Fofana, 53.

Vulverhempton – Tottenhem 1:0
Qol: A.Traore, 82.

Sauthempton – Lester Siti 1:0
Qol: Alkaras, 35.

5 mart

Nottingem Forest – Everton 2:2
Qol: B.Conson, 19; 77 – Qrey, 10. Dukure, 29.

Liverpul – Mançester Yunayted 7:0
Qol: Qakpo, 43; 50. Nunes, 47; 75. Salah, 66; 83. Firmino, 88.

6 mart

Brentford – Fulhem 3:2
Qol: Pinnok, 6. Touni, 51-pen. Yensen, 85 – Solomon, 39. Vinisius, 90+9.

Xəbəri sosial şəbəkələrdə paylaş: