Premyer Liqa: “Kəpəz” “Araz”ı Qəbələdən xalsız yola saldı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 21-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Kəpəz” və “Araz-Naxçıvan” komandaları qarşılaşıblar. Sözügedən kollektivlər məlum səbəblərdən Qəbələ şəhər stadionunda üz-üzə gəliblər.

“Kəpəz”lə “Araz-Naxçıvan” buna qədər 6 oyunda üz-üzə gəlmişdilər. Bu görüşlərdə gəncəlilər 4, naxçıvanlılar 2 qələbəyə sevinmişdilər. Heç-heçəni yaxın buraxmayan komandaların budəfəki duelində də ənənə pozulmayıb. Evdəki bütün oyunlarda qol vurmuş “Kəpəz” bu dəfə də rəqib qapısından 3 top keçirməklə inamlı qələbəyə sevinib.

Bu nəticədən sonra “Kəpəz” hazırda 20 xalla Premyer Liqanın turnir cədvəlində 9-cu, “Araz-Naxçıvan” isə 27 xalla 6-cı pilləsində qərarlaşıb.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Səbail” “Qarabağ”a evdə, “Neftçi” isə “Sumqayıt”a səfərdə eyni hesabla (1:2) məğlub olmuşdu. “Sabah” – “Turan Tovuz” və “Qəbələ” – “Zirə” görüşlərində də oxşar heç-heçə qeydə alınmışdı – 1:1.

Premyer Liqa
21-ci tur
3 fevral

“Kəpəz”– “Araz-Naxçıvan” 3:1
Qollar: Ehtiram Şahverdiyev, 19; 34. Amil Yunanov, 69 – Orxan Əliyev, 28.
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Teymur Teymurov, Əli Əliyev.
Qəbələ şəhər stadionu, 15:00.

Kəpəz: 96. İqor Rodriqes, 10. Tural Rzayev (k), 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 26. Adama Niane, 91. Latir Fall, 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 29. Amil Yunanov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov.
Baş məşqçi: Adil Şükürov.

Araz-Naxçıvan: 12. Kristian Avram, 10. Orxan Əliyev, 3. Turan Manafov, 22. Elçin Mustafayev, 55. Zamiq Əliyev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 17. İldar Ələkbərov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike.
Baş məşqçi: Azər Bağırov.