Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 11-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyunu Tovuzda keçirilib. Qərb derbisi çərçivəsində “Turan Tovuz” “Kəpəz”i qəbul edib.
Sözügedən komandalar Premyer Liqa çərçivəsində 10-cu dəfə üz-üzə gəliblər. Əvvəlki 9 oyunda tovuzlular 6, gəncəlilər 2 qələbəyə sevinmişdilər. 1 oyunda da heç-heçə qeydə alınmışdı. Top fərqi də Tovuz təmsilçisinin xeyrinəydi – 15:3.
“Turan Tovuz” son 5 görüşdə qol vurmuşdu. “Kəpəz” səfərdə nəinki xal qazanmış, heç qol da vurmamışdı. Gəncə klubu bu dəfə Tovuzda ilk dəfə qola sevinsə də, yekunda yenə qələbəni “Turan Tovuz” bayram edib.
Premyer Liqa
11-ci tur
25 oktyabr
“Turan Tovuz” – “Kəpəz” 2:1
Qollar: Veysəl Rzayev, 15. Emmanuel Hakman, 90+3 – Luis Paçu, 76-pen.
Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu.
Turan Tovuz: 1. İvan Konovalov, 33. Eltun Turabov, 88. Faiq Hacıyev, 77. Veysəl Rzayev, 99. Sadiq Şəfiyev, 9. Kristian da Silva (k), 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiç, 80. Otto Con.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 11. Ayxan Hüseynov, 7. İsmayıl Zülfüqarlı, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 6. Araş Qaderi, 21. Aleks Souza.
Baş məşqçi: Kurban Berdiyev.
Kəpəz: 1. Rojerio Santos, 11. Orxan Əliyev, 7. Ehtiram Şahverdiyev, 70. Nicat Suleymanov, 5. Rauf Hüseynli, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 3. Mahamadu Ba, 77. Viktor Braqa.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 2. İlkin Qırtımov, 80. Tural Rzayev, 99. Əli Səmədov, 12. Turan Manafov, 20. Mahir Həsənov, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 97. Nicat Məmmədov, 44. Nihat Fərəci, 10. Kərim Lkuça, 19. Lassana Ndiaye.
Baş məşqçi: Azər Bağırov.


