Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025 mövsümünün 5-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu görüşü Tovuzda baş tutub.
Rəqiblərini burada qəbul etmək məcburiyyətində qalan “Kəpəz” bu dəfə “Sabah”la üz-üzə gəlib. Adil Şükürovun istefası səbəbindən Gəncə komandasını bu oyuna əvəzedicilərin baş məşqçisi Xaliq Mərdanov çıxarıb. Əvvəlki oyunlarında nəinki xala, qola da həsrət olan Gəncə təmsilçisi nəhayət ki, bu oyunda “şeytanın qıçını sındırmağa” çalışıb. Əvvəlki turlarda 7 xal toplamış paytaxt təmsilçisi isə səfərdən qələbə ilə qayıtmaqla lider “Turan Tovuz”un əsas izləyicisi kimi qalmaq arzusundaydı.
Xatırladaq ki, “Kəpəz” daha öncə “Sabah”a qarşı keçirdiyi 8 oyunda qələbə qazana bilməmişdi. Cəmi 2 oyun heç-heçə bitdiyi halda, qalan 6 görüşdə “bayquşlar” 3 xala sevinmişdilər. “Sabah” hər matçda 2 və ya daha çox qol vurmuşdu.
Bu oyuna “Kəpəz” daha yaxşı başlayıb. Mövsümdə ilk qollarını vuran gəncəlilər hətta 18-ci dəqiqədə 2:0 önə keçiblər. Amma qalan dəqiqələrdə buraxılan qolların əvəzini artıqlaması ilə çıxan “Sabah” Tovuzdan əzmkar qələbə ilə qayıdıb.
Premyer Liqa
5-ci tur
31 avqust
“Kəpəz” – “Sabah” 2:3
Qollar: Viktor Braqa, 10. Lassana Ndiaye, 18 – Coy Lens Mikels, 53; 85. Jesse Sekidika, 70.
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə.
VAR: Rauf Allahverdiyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz şəhər stadionu, 19:30.
Kəpəz: 22. Məmməd Hüseynov, 2. İlkin Qırtımov, 11. Orxan Əliyev, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 78. Yeqor Xvalko (k), 10. Kərim Lkuça, 19. Lassana Ndiaye, 88. Keverton Markolino, 77. Viktor Braqa.
Ehtiyat oyunçular: 40. Nahid Bağırov, 3. Vurğun Hüseynov, 70. Nicat Süleymanov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 15. Cavad Kərimov, 66. Arzu Atakişiyev, 44. Nihat Fərəci, 24. Sənan Kərimov, 25. Toğrul Məmmədov, 51. Cəlil Allahverdiyev, 28. Redon Mihana.
Məşqçi: Xaliq Mərdanov.
Sabah: 1. Yusif İmanov, 10. Namiq Ələsgərov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 44. Sofian Çakla, 18. Pavol Şafranko, 70. Jesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepinitsa.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 6. Abdulla Xaybulayev, 22. Abdulla Rzayev, 33. Camal Cəfərov, 88. Xəyal Əliyev, 40. İqor Noqeyra, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Krunoslav Renduliç.


