Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024-2025-ci illər mövsümünün 21-ci turuna start verilib.
Arena.az xəbər verir ki, turun açılış oyununda “Kəpəz” Tovuzda “Sabah”la üz-üzə gəlib.
Son turda məğlub olmuş və sonuncu pilləyə yuvarlanmış Gəncə təmsilçisi güclü rəqiblə oyundan xal və ya xallarla ayrılmaq arzusundaydı. Son üç turda qələbəyə həsrət qalmış “Sabah”a da xal və xallar lazım idi. Amma beş qolun qeydə alındığı matçın yekununda sevinən tərəf Gəncə təmsilçisi olub.
Qeyd edək ki, bu, Gəncə təmsilçisinin paytaxt təmsilçisi üzərində ilk qələbəsi kimi tarixə düşüb.
Premyer Liqa
21-ci tur
31 yanvar
“Kəpəz” – “Sabah” 3:2
Qollar: Mahamadu Ba, 11. Əli Səmədov, 54. Rauf Hüseynli, 64-pen – Pavol Şafranko, 6. Jesse Sekidika, 45+4.
Qırmızı vərəqə: İqor Noqeyra, 63.
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Asiman Əzizli, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Tovuz şəhər stadionu. Saat 16:00.
Kəpəz: 1. Rojerio Santos, 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 21. Camal Cəfərov, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 3. Mahamadu Ba.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 10. Kərim Lkuça, 88. Şevroni Mabatşoev.
Baş məşqçi: Azər Bağırov.
Sabah: 1. Yusif İmanov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 20. Coy Lens Mikels, 44. Sofian Çakla, 18. Pavol Şafranko, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 31. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 92. Stas Pokatilov, 55. Nicat Mehbalıyev, 9. Anatoli Nuriyev, 77. Şakir Seyidov, 22. Abdulla Rzayev, 32. Elgün Dünyamalıyev, 7. Boyan Letiç, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 12. Vensan Till, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Vasili Berezutski.