Premyer Liqa: “Kəpəz” Şamaxıda “zirzəmi”dən çıxdı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 15-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Şamaxıda baş tutub.

Burada çempionatın autsayderlərindən olan “Şamaxı” və “Kəpəz” komandaları üz-üzə gəliblər. Yeddi oyundur qələbəyə həsrət olan Ayxan Abbasovun komandası bu matçdan öncə 13 xalla 7-ci idi. 7 xalı olan “Kəpəz” isə sonuncu pillədə qərarlaşmışdı. Gəncə təmsilçisi səfərdə qələbə qazana bilsəyi, “Səbail”i qabaqlayaraq “zirzəmi”dən çıxacaqdı.

Belə də olub. Qarşılaşmanın ikinci hissəsində penaltini boşa verən braziliyalı hücumçu Luis Paçu az sonra günahını yuyaraq komandasına vacib qələbə qazandıran qola imza atıb. “Şamaxı”da isə qələbə həsrəti 8 oyuna çatıb. Əyalət təmsilçisi bu oyunlarda cəmi 2 heç-heçə edib, 6 oyunda isə məğlubiyyətə üzülüb.

Premyer Liqa
15-ci tur
30 noyabr

“Şamaxı” – “Kəpəz” 0:1
Qol: Luis Paçu, 69.
Luis Paçu matçın 60-cı dəqiqəsində penaltidən yararlana bilməyib (qapıçı).
Hakimlər: İnqilab Məmmədov, Zöhrab Abbasov, Rahil Ramazanov, Əkbər Əhmədov.
VAR: Tural Qurbanov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Əmrah İbrahimov.
Şamaxı şəhər stadionu. 14:30.

Şamaxı: 1. Rikardo Fernandes, 60. Səbayıl Bağırov (k), 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 82. Rüfət Abbasov, 32. Vasili Radenoviç, 11. Conatan Benteke, 20. Leroy Mikels, 93. Brahim Konate, 7. Georgi Kantariya, 9. Belaydi Pusi.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 13. Ramin Əhmədov, 6. Rauf Rüstəmli, 22. Qurban Səfərov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 89. Cəfər Muxtarov, 70. Nicat Xasıyev.
Baş məşqçi: Ayxan Abbasov.

Kəpəz: 1. Rojerio Santos, 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 70. Nicat Süleymanov, 5. Rauf Hüseynli, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 3. Mahamadu Ba, 10. Kərim Lkuça.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 80. Tural Rzayev, 11. Orxan Əliyev, 99. Əli Səmədov, 20. Mahir Həsənov, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 19. Lassana Ndiaye, 77. Viktor Braqa.
Baş məşqçi: Azər Bağırov.

Xəbəri istədiklərinizlə paylaşın