Premyer Liqa: “Kəpəz” “Turan Tovuz”a böyük hesabla uduzdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025 mövsümünün 3-cü turuna start verilib.

Arena.az xəbər verir ki, turun ilk oyunu Tovuzda keçirilib.

Burada “Kəpəz” nominal meydan sahibi qismində “Turan Tovuz”u “qəbul edib”. Qarşılaşmanın baş hakimi Cavid Cəlilov olub.

“Kəpəz”lə “Turan Tovuz” daha öncə çempionatda 8 oyunda qarşılaşmışdıblar. Bu oyunlarda cəmi 1 heç-heçə qeydə alınmışdı. Gəncəlilər 2, tovuzlular isə 5 qələbəyə sevinmişdilər. Elə bu oyunda da “Turan Tovuz” qələbə qazanan tərəf olub. Tovuzlular doğma meydandakı səfər oyununda 3 cavabsız qola seviniblər.

Premyer Liqa
3-cü tur

17 avqust

“Kəpəz” – “Turan Tovuz” 0:3
Qollar: Xəyal Nəcəfov. 15. Roderik Miller, 19. Kristian da Silva, 61.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rauf Allahverdiyev.
VAR: Rauf Cabbarov.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Tovuz şəhər stadionu.

Kəpəz: 22. Məmməd Hüseynov, 2. İlkin Qırtımov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 78. Yeqor Xvalko (k), 10. Kərim Lkuça, 19. Lassana Ndiaye, 77. Viktor Braqa.
Ehtiyat oyunçular: 1. Rojerio Santos, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 11. Orxan Əliyev, 20. Mahir Həsənov, 66. Arzu Atakişiyev, 44. Nihat Fərəci.
Baş məşqçi: Adil Şükürov.

Turan Tovuz: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 88. Faiq Hacıyev, 9. Kristian da Silva, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiç, 80. Otto Con.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 7. İsmayıl Zülfüqarlı, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 70. Məzahir Məmmədzadə, 20. İbrahim Ramazanov, 6. Araş Qaderi, 11. Ayxan Hüseynov, 21. Aleks Souza.
Baş məşqçi: Kurban Berdıyev.