Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 31-ci turunun sonuncu oyunları keçirilir.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə ilk qarşılaşması Tovuzda baş tutub.
Rəqiblərini məlum səbəblərdən burada qəbul edən “Kəpəz” bu dəfə “Sabah”la üz-üzə gəlib. Gəncə təmsilçisi elitadakı yerini qorumaq üçün xal və ya xallar qazanmaq istəyirdisə, “Sabah” avrokuboklara vəsiqə yolunda qələbə qazanmağı hədəfləmişdi. Bu matçdan öncə Gəncə təmsilçisi 31 xalla 9-cu, paytaxt klubu isə 43 xalla 5-ci sırada qərarlaşmışdı.
“Kəpəz”lə “Sabah” bu günə qədər 7 oyun keçirmişdilər. “Kəpəz” bu rəqibi ilə oyunlarda heç vaxt qələbə qazanmamışdı. Digər oyunlarda 2 heç-heçə qeydə alınmışdısa, 5 görüş də “Sabah”ın qələbəsiylə yekunlaşmışdı. Son iki matçda qalib gələn “Sabah” bütün oyunlarda 2 və ya daha çox qol vurmuşu.
Elə bu oyunda da ənənə pozulmayıb. Üç qolun qeydə alındığı oyunda paytaxt təmsilçisi qələbə qazanan tərəf olub.
Premyer Liqa
31-ci tur
21 aprel
“Kəpəz” – “Sabah” 1:2
Qollar: Olavale Onanuqa, 61 – Kahim Parris, 12. İshak Belfodil, 34.
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Teymur Teymurov, Əli Əliyev.
Tovuz şəhər stadionu, 16:30.
Kəpəz: 96. İqor Rodriqes, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 26. Adama Niane, 91. Latir Fall, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov.
Baş məşqçi: Adil Şükürov.
Sabah: 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 14. İshak Belfodil, 44. Sofian Çakla, 70. Jesse Sekidika, 3. Con İrasabal, 28. Kahim Parris.
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 75. Emil Həbibov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 40. Rauf Rüstəmli, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 18. Davit Volkov, 19. Emmanuel Apeh.
Baş məşqçi: Krunoslav Renduliç.