İngiltərənin “Vulverhempton” klubu müdafiəçisi Xonatan Kastro ilə müqavilənin müddətini uzadıb.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçu ilə müddəti 2025-ci ilin yayına qədər olan yeni müqavilə imzalanıb.
Xonatan Kastro “Vulverhempton”a 2019-cu ilin yayında 21 milyon avro qarşılığında Madrid “Atletiko”sundan transfer edilib. Müdafiəçi İspaniya yığmasında 3 oyuna çıxıb.