Almaniyanın “Bayer” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisi İngiltərənin “Lester Siti” klubunun yarımmüdafiəçisi Demaray Qreyi transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı ingilis futbolçu ilə müqavilə 2022-ci ilin sonuna qədər nəzərdə tutulub.
“Birmingem”in yetirməsi olan Qrey, 2016-cı ildən “Lester Siti”də çıxış edirdi. Bu klubda 130-dan çox oyun keçirmiş vinger, bu mövsüm Premyer Liqada cəmi 1 matça çıxmışdı.