Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 14-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“İpsviç Taun” doğma meydanda “Kristal Pelas”la qarşılaşıb. Qonaqlar bu oyunda vurduqları tək qolla 3 vacib xal qazanıblar.
“Lester Siti” isə doğma meydanda “Vest Hem”lə münasibətlərinə aydınlıq gətirib. Dörd qolluq oyun meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.
Turun qalan oyunları dekabrın 4-də və 5-də keçiriləcək.
İngiltərə, Premyer Liqa
14-cü tur
3 dekabr
İpsviç Taun – Kristal Pelas 0:1
Qol: Mateta, 59.
Lester Siti – Vest Hem 3:1
Qollar: Vardi, 2. El Xannus, 61. Daka, 90 – Fullkruq, 90+3.
4 dekabr
23:30. Everton – Vulverhempton
23:30. Mançester Siti – Nottingem Forest
23:30. Nyukasl – Liverpul
23:30. Sauthempton – Çelsi
00:15. Arsenal – Mançester Yunayted
00:15. Aston Villa – Brentford
5 dekabr
23:30. Fulhem – Brayton
00:15. Bornmut – Tottenhem


