Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2022/2023 mövsümünün 34-cü turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha bir qarşılaşma baş tutub.
“Lester Siti” doğma meydanda “Everton”la qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
Bu nəticədən sonra “Lester Siti” 30 xalla 20 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb. “Everton”un isə 29 xalla 19-cu sıradadır.
34-cü tura mayın 2-də keçiriləcək “Arsenal” – “Çelsi” matçı ilə yekun vurulacaq.
İngiltərə Premyer Liqası
34-cü tur
29 aprel
Kristal Pelas – Vest Hem 4:3
Qol: Ayyu, 15. Zaha, 20. Şlupp, 30. Eze, 66-pen – Souçek, 9. M.Antonio, 36. Aqerd, 72.
Brentford – Nottingem Forest 2:1
Qol: Touni, 82. Dasilva, 90+4 – Danilo, 45+1.
Brayton – Vulverhempton 6:0
Qol: Undav, 6; 66. Qross, 13; 26. Uelbek, 39; 48.
30 aprel
Bornmut – Lids 4:1
Qol: Lerma, 20; 24. Solanke, 63. Semenyo, 90+1 – Bamford, 32.
Fulhem – Mançester Siti 1:2
Qol: K.Vinisius, 15 – Haland, 3-pen. X.Alvares, 36.
Mançester Yunayted – Aston Villa 1:0
Qol: B.Fernandes, 39.
Nyukasl – Sauthempton 3:1
Qol: K.Uilson, 54; 81. Uolkot, 79-öz qapısına – Armstronq, 41.
Liverpul – Tottenhem 4:3
Qol: Cons, 3. Dias, 5. Salah, 15-pen. Jota, 90+5 – Keyn, 39. Son, 77. Rişarlison, 90+3.
1 may
Lester Siti – Everton 2:2
Qol: Ç.Söyüncü, 22. Vardi, 33 – Levin, 15. İvobi, 54.
2 may
23:00. Arsenal – Çelsi


