Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 9-cu turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Lester Siti” doğma meydanda “Nottingem Forest”lə qarşılaşıb. Dörd qolun qeydə alındığı oyunda qonaqlar inamlı qələbəyə seviniblər.
9-cu turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
İngiltərə, Premyer Liqa
9-cu tur
25 oktyabr
Lester Siti – Nottingem Forest 1:3
Qollar: Vardi, 23 – Yates, 16. Vud, 47; 60.
26 oktyabr
18:00. Aston Villa – Bornmut
18:00. Brentford – İpsviç Taun
18:00. Brayton – Vulverhempton
18:00. Mançester Siti – Sauthempton
20:30. Everton – Fulhem
27 oktyabr
18:00. Çelsi – Nyukasl
18:00. Kristal Pelas – Tottenhem
18:00. Vest Hem – Mançester Yunayted
20:30. Arsenal – Liverpul


