Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2022/2023 mövsümünə yekun vurulub. Arena.az xəbər verir ki, mövsümün sonuncu – 38-ci turunun bütün qarşılaşmaları eyni günə və saata təsadüf edib.
Uğursuz mövsüm keçirən “Çelsi” son turda “Nyukasl”la “sülh bağlayıb”. “Kristal Pelas” – “Nottingem Forest” matçında da tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Mövsümü çempion kimi başa vuran “Mançester Siti” son turda “Brentford”a məğlub olub. İkinci pillədəki “Arsenal” isə “Vulverhempton”u 5 cavabsız qolla məğlub edib. “Aston Villa” “Brayton”u, “Everton” “Bornmut”u, “Lester Siti” “Vest Hem”i, “Mançester Yunayted” isə “Fulhem”i məğlub yola salıb. Səfərdə “Lids”lə qarşılaşan “Tottenhem” darmadağına sevinib. Səkkiz qolun qeydə alındığı “Sauthempton” – “Liverpul” matçında isə qalib müəyyənləşməyib.
Beləliklə, “Mançester Siti” 89 xalla mövsümü zirvədə başa vurub. “Arsenal” 84 xalla gümüş, “Mançester Yunayted” 75 xalla bürünc medallara sahib çıxıb. Bu üç komanda ilə yanaşı, 71 xalla dördüncü olan “Nyukasl” da İngiltərəni Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb. 67 xalla beşinci və 62 xalla altıncı olan “Liverpul”la “Brayton” Avropa Liqasına vəsiqə qazanıblar. 61 xalla yeddinci yeri tutan “Aston Villa” isə Konfrans Liqasında mübarizə aparacaq.
25 xalla sonuncu – 20-ci olan “Sauthempton”un Premyer Liqanı tərk edəcəyi daha öncədən məlum idi. 31 xalla 19-cu yeri tutan “Lids” və 34 xalla 18-ci olan “Lester Siti” də Çempionşipə düşüb.
Xatırladaq ki, növbəti mövsümdən bu üç komandanı elitada “Börnli”, “Şeffild Yunayted” və “Luton Taun” klubları əvəz edəcək.
İngiltərə, Premyer Liqa
38-ci tur
28 may
Arsenal – Vulverhempton 5:0
Qol: Caka, 11; 14. Saka, 27. Q.Jezus, 58. Kivior, 78.
Aston Villa – Brayton 2:1
Qol: D.Luis, 8. Uotkins, 26 – Undav, 38.
Brentford – Mançester Siti 1:0
Qol: Pinnok, 85.
Çelsi – Nyukasl 1:1
Qol: Trippyer, 27-öz qapısına – Qordon, 9.
Kristal Pelas – Nottingem Forest 1:1
Qol: Hages, 66 – Avoniyi, 31.
Everton – Bornmut 1:0
Qol: Dukure, 57.
Lids – Tottenhem 1:4
Qol: Harrison, 67 – Keyn, 2; 69. Porro, 47. L.Moura, 90+5.
Lester Siti – Vest Hem 2:1
Qol: Barnes, 34. Faes, 62 – Fornals, 79.
Mançester Yunayted – Fulhem 2:1
Qol: Sanço, 39. B.Fernandes, 55 – Tete, 19.
Sauthempton – Liverpul 4:4
Qol: Uord-Prauz, 19. Sulemana, 28; 47. Armstronq, 64 – D.Jota, 10; 73. Firmino, 14. Qakpo, 72.