Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 17-ci turuna start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Turun açılış oyunu Şamaxıda keçiriləcək. Burada “Şamaxı” “Səbail”i qəbul edəcək. Bu, uzun müddətdir çempionatda qələbə üzünə həsrət qalmış iki komandanın dueli kimi əlamətdardır. Belə ki, “Şamaxı” 9, “Səbail” isə 7 oyundur 3 xal üzünə həsrətdir. Əyalət təmsilçisi bu görüşlərdə cəmi 2 dəfə heç-heçə edə bilib. Pattaxt klubu isə cəmi 1 heç-heçəsi ilə təsəlli tapıb.
Şamaxının eyniadlı təmsilçisi hazırda 13 xalla Premyer Liqanın yarış cədvəlində 13 xalla 7-ci sırada qərarlaşıb. “Səbail” isə 8 xalla sonuncu – 10-cu sıradadır.
Günün digər görüşü Mərdəkanda baş tutacaq. “Araz-Naxçıvan” “Sabah”ı qəbul edəcək. Çempionatın lideri olan Naxçıvan təmsilçisi 6 oyundur ardıcıl qələbə qazanır. Mövsümün ilk turunda yalnız “Qarabağ”la oyunda məğlub olmuş Elmar Baxşıyevin kollektivi qalan oyunlarda da cəmi 3 heç-heçə edib, 12 qələbəyə sevinib. 39 xalla zirvədə qərarlaşmış “Araz-Naxçıvan” liderliyi əldən verməmək üçün “Sabah”ı xalsız yola salmağa çalışacaq. Amma Vasili Berezutskinin gəlişindən sonra məğlubiyyət tanımayan “bayquşlar” da bu oyundan xal və ya xallarla ayrılmaq iddiasındadırlar.
Premyer Liqa
17-ci tur
14 dekabr
“Şamaxı” – “Səbail”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı şəhər stadionu, 14:00.
“Araz-Naxçıvan” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Mərdəkan. “Dalğa Arena”, 16:30.
15 dekabr
“Zirə” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Zirə İdman Kompleksinin stadionu, 16:00.
“Neftçi” – “Kəpəz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rəvan Həmzəzadə.
VAR: Rəşad Əhmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “Neftçi Arena”, 18:30.
16 dekabr
“Qarabağ” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Asiman Əzizli, Əkbər Əhmədov.
VAR: Kamal Umudlu.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva .
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.