Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 19-cu turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Fulhem” – “Bornmut” və “Tottenhem” – “Vulverhempton” matçlarında qalib müəyyənləşməyib. “Kristal Pelas” doğma meydanda “Sauthempton”a qalib gəlib. Uğurlu mövsüm keçirən “Nottingem Forest” bu dəfə səfərdə “Everton”u 2 cavabsız qolla üstələyib.
Son çempion “Mançester Siti” qələbə həsrətinə “Lester Siti” ilə səfər oyununda son qoyub. Lider “Liverpul” isə səfərdə “Vest Hem”ə 5 cavabsız qolla qalib gəlib.
19-cu tura yanvarın 1-də yekun vurulacaq.
İngiltərə, Premyer Liqa
19-cu tur
29 dekabr
Lester Siti – Mançester Siti 0:2
Qollar: Savinyo, 21. Haland, 74.
Kristal Pelas – Sauthempton 2:1
Qollar: Çaloba, 31. Eze, 52 – Diblinq, 15.
Everton – Nottingem Forest 0:2
Qollar: Vud, 15. Gibbs-Uayt, 61.
Fulhem – Bornmut 2:2
Qollar: R.Ximenes, 40. H.Uilson, 72 – Evanilson, 51. Uattara, 89.
Tottenhem – Vulverhempton 2:2
Qollar: Bentankur, 12. B.Conson, 45+3 – Hvanq, 7. Larsen, 87.
Vest Hem – Liverpul 0:5
Qollar: L.Dias, 30. Qakpo, 40. Salah, 44. Aleksandr-Arnold, 54. D.Jota, 84.
30 dekabr
23:45. Aston Villa – Brayton
23:45. İpsviç Taun – Çelsi
00:00. Mançester Yunayted – Nyukasl
1 yanvar
21:30. Brentford – Arsenal