Premyer Liqa: “Liverpul” evdə, MS səfərdə sevindi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

Səfərdə “Vulverhempton”la qarşılaşan son çempion “Mançester Siti” növbəti qələbəsini rəsmiləşdirib. Lider “Liverpul” da doğma meydanda “Çelsi” üzərində qələbəyə sevinib.

Tura oktyabrın 21-də keçiriləcək “Nottingem Forest” – “Kristal Pelas” oyunu ilə yekun vurulacaq.

İngiltərə, Premyer Liqa
8-ci tur
19 oktyabr

Tottenhem – Vest Hem 4:1
Qollar: Kuluşevski, 36. Bossuma, 52. Areola, 55-öz qapısına. Son, 60 – Kudus, 18.

Fulhem – Aston Villa 1:3
Qollar: R.Ximenes, 5 – Rocers, 9. Uotkins, 59. Diop, 69-öz qapısına.

İpsviç Taun – Everton 0:2
Qollar: Ndiaye, 17. Kin, 40.

Mançester Yunayted – Brentford 2:1
Qollar: Qarnaço, 47. Hoylund, 62 – Pinnok, 45+5.

Nyukasl – Brayton 0:1
Qol: Uelbek, 35.

Sauthempton – Lester Siti 2:3
Qollar: Arçer, 8. Aribo, 28 – Buonanotte, 63. Vardi, 74. Ayyu, 90+8.

Bornmut – Arsenal 2:0
Qollar: Kristi, 70. Kluyvert, 79.

20 oktyabr

Vulverhempton – Mançester Siti 1:2
Qollar: Larsen, 7 – Qvardiol, 33. Stounz, 90+5.

Liverpul – Çelsi 2:1
Qollar: Salah, 29-pen. Cons, 51 – N.Cekson, 48.

21 oktyabr

23:00. Nottingem Forest – Kristal Pelas

Xəbəri sosial şəbəkələrdə paylaş: