Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 3-cü turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə 3 qarşılaşma baş tutub.
“Çelsi” – “Kristal Pelas” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Üç qolun qeydə alındığı “Nyukasl” – “Tottenhem” matçında meydan sahibləri qalib gəliblər.
Turun mərkəzi oyunu “Mançester Yunayted”lə “Liverpul” arasında keçirilib. “Qırmızı şeytanlar” “qırmızılar”la ev oyununda darmadağına üzülüblər.
Beləliklə, itkisiz irəliləyən son çempion “Mançester Siti” və “Liverpul” 9 xalla şərikli liderlik edirlər. “Brayton”, “Arsenal” və “Nyukasl” 7, “Brentford” və “Aston Villa” isə 6 xal toplayıblar.
İngiltərə, Premyer Liqa
3-cü tur
31 avqust
Arsenal – Brayton 1:1
Qollar: Haverts, 38 – Joao Pedro, 58.
Brentford – Sauthempton 3:1
Qollar: Mbeumo, 43; 65. Vissa, 69 – Suqavara, 90+5.
Everton – Bornmut 2:3
Qollar: Kin, 50. Levin, 57 – Semenyo, 87. Kuk, 90+2. Sinisterra, 90+6.
İpsviç Taun – Fulhem 1:1
Qollar: Delap, 15 – Traore, 32.
Lester Siti – Aston Villa 1:2
Qollar: Buonanotte, 73 – Onana, 28. Duran, 63.
Nottingem Forest – Vulverhempton 1:1
Qollar: Vud, 10 – Belleqarde, 12.
Vest Hem – Mançester Siti 1:3
Qollar: R.Dias, 19-öz qapısına – Haland, 10; 30; 83.
1 sentyabr
Çelsi – Kristal Pelas 1:1
Qollar: N.Cekson, 25 – Eze, 53.
Nyukasl – Tottenhem 2:1
Qollar: Barnes, 37. A.İsak, 78 – Börn, 56-öz qapısına.
Mançester Yunayted – Liverpul 0:3
Qollar: L.Dias, 35; 42. Salah, 56.