Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2022/2023 mövsümünün 32-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
“Kristal Pelas” – “Everton” matçı qolsuz yekunlaşıb. İki qolun qeydə alındığı “Brentford” – “Aston Villa” matçında da qalib müəyyənləşməyib.
“Fulhem” doğma meydanda “Lids”ə, “Lester Siti” isə “Vulverhempton”a qalib gəlib. Beş qolun qeydə alındığı “Liverpul” – “Nottingem Forest” matçında da meydan sahibləri qələbəyə seviniblər.
32-ci turun “Mançester Yunayted” – “Çelsi” və “Brayton” – “Mançester Siti” oyunları kubok görüşlərinə görə təxirə salınıb.
İngiltərə Premyer Liqası
32-ci tur
21 aprel
Arsenal – Sauthempton 3:3
Qol: Martinelli, 20. Edeqor, 88. Saka, 90 – K.Alkaras, 1. Uolkott, 14. Çaleta-Çar, 66.
22 aprel
Fulhem – Lids 2:1
Qol: H.Uilson, 58. A.Pereyra, 72 – Palinya, 79-öz qapısına.
Brentford – Aston Villa 1:1
Qol: Touni, 65 – D.Luis, 87.
Kristal Pelas – Everton 0:0
Lester Siti – Vulverhempton 2:1
Qol: İheanaço, 36-pen. Kastan, 76 – Kunya, 13.
Liverpul – Nottingem Forest 3:2
Qol: D.Jota, 47; 55. Salah, 70 – N.Uilyams, 51. Gibbs-Uayt, 67.
23 aprel
17:00. Bornmut – Vest Hem
17:00. Nyukasl – Tottenhem


