Premyer Liqa: “Liverpul” qalib gəldi, MY “Tottenhem”ə uduzdu

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 25-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Lider “Liverpul” doğma meydanda “Vulverhempton”la qarşılaşıb. Üç qolun qeydə alındığı oyun “qırmızılar”ın qələbəsiylə yekunlaşıb.

Son dövrlər uğursuz çıxışı ilə diqqət mərkəzində olan “Tottenhem” isə mövsümün digər uğursuzu “Mançester Yunayted”lə ev oyununda tək qolla qalib gəlib.

Beləliklə, geridə qalmış 25 turdan sonra 60 xal toplamış “Liverpul” vahid liderdir. “Arsenal” 53 xalla ikinci, “Nottingem Forest” 37 xalla üçüncü pillədə qərarlaşıb. Son çempion “Mançester Siti” 44, “Bornmut” və “Çelsi” 43, “Nyukasl” 41, “Fulhem” 39, “Aston Villa” 38, “Brayton” 37, “Brentford” 34, “Tottenhem”, “Kristal Pelas” və “Everton” 30, “Mançester Yunayted” isə 29 xal toplayıb.

İngiltərə, Premyer Liqa
25-ci tur
14 fevral

Brayton – Çelsi 3:0
Qollar: Mitoma, 27. Minteh, 38; 63.

15 fevral

Lester Siti – Arsenal 0:2
Qollar: M.Merino, 81; 87.

Aston Villa – İpsviç Taun 1:1
Qollar: O.Uotkins, 69 – Delap, 56.

Fulhem – Nottingem Forest 2:1
Qollar: Smit Rou, 15. Bassi, 62 – Vud, 37.

Mançester Siti – Nyukasl 4:0
Qollar: Marmuş, 19; 24; 33. Makate, 84.

Sauthempton – Bornmut 1:3
Qollar: Sulemana, 72 – Uattara, 14. Kristi, 16. Tavernye, 83.

Vest Hem – Brentford 0:1
Qol: Şade, 4.

Kristal Pelas – Everton 1:2
Qollar Mateta, 47 – Beto, 42. K.Alkaras, 80.

16 fevral

Liverpul – Vulverhempton 2:1
Qollar: L.Dias, 15. Salah, 37-pen – Kunya, 67.

Tottenhem – Mançester Yunayted 1:0
Qol: Meddison, 13.