Premyer Liqa: “Liverpul” uduzdu, MS və MY qalib gəldi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 4-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub.

“Brayton” – “İpvsiç Taun” matçında qapılara qol vurulmayıb. “Kristal Pelas” – “Lester Siti” və “Fulhem” – “Vest Hem” oyunlarında da qalib müəyyənləşməyib.

Beş qolun qeydə alındığı “Aston Villa” – “Everton” matçında meydan sahibləri qələbə qazanıblar. “Liverpul” isə startdakı ardıcıl 3 qələbənin ardından bu turda evdə “Nottingem Forest”ə gözlənilmədən məğlub olub.

Son çempion “Mançester Siti” “Brentford”la ev oyununda Erlinq Halandın sayəsində əzmkar qələbə qazanıb. “Mançester Yunayted” də səfərdə “Sauthempton”u 3 cavabsız qolla yenib. “Bornmut”un qonağı olan “Çelsi” də turu qələbə ilə başa vurub.

Qeyd edək ki, 4-cü turun qalan iki oyunu bazar gününə təsadüf edəcək.

İngiltərə, Premyer Liqa
4-cü tur
14 sentyabr

Sauthempton – Mançester Yunayted 0:3
Qollar: De Liqt, 35. Raşford, 41. Qarnaço, 90+6.

Brayton – İpvsiç Taun 0:0

Kristal Pelas – Lester Siti 2:2
Qollar: Mateta, 47; 90+2-pen – Vardi, 21. Mavididi, 46.

Fulhem – Vest Hem 1:1
Qollar: R.Ximenes, 24 – İnqs, 90+5.

Liverpul – Nottingem Forest 0:1
Qol: Hadson-Odoi, 72.

Mançester Siti – Brentford 2:1
Qollar: Haland, 19; 32 – Vissa, 1.

Aston Villa – Everton 3:2
Qollar: Uotkins, 36; 58. Duran, 76 – Maknil, 16. Kalvert-Levin, 27.

Bornmut – Çelsi 0:1
Qollar: Nkunku, 86.

15 sentyabr

17:00. Tottenhem – Arsenal
19:30. Vulverhempton – Nyukasl