Premyer Liqa: “Liverpul” və “Mançester Siti”dən növbəti qələbə

Futbol üzrə İngiltərə Premyer Liqasında 35-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma baş tutub.

“Aston Villa” doğma meydanda “Norviç Siti” ilə qarşılaşıb və inamlı qələbəyə sevinib. Norviç təmsilçisi bu yenilgidən sonra elita ilə vidalaşmaq məcburiyyətində qalıb.

“Vulverhempton” evdə “Brayton”a, “Sauthempton” “Kristal Palas”a, “Uotford” isə “Bernli”yə uduzub.

“Liverpul” səfərdə “Nyukasl”ın qonağı olub. “Qırmızılar bu oyunda minimal hesabla qalib gəlib.

Lider “Mançester Siti” isə bu turda səfərdə “Lids”lə qarşılaşıb. “Şəhərlilər” bu görüşdə də darmadağına seviniblər.

İngiltərə Premyer Liqası
35-ci tur

30 aprel

Nyukasl – Liverpul 0:1
Qol: N.Keyta, 19.

Aston Villa – Norviç Siti 2:0
Qol: Uotkins, 41. İnqs, 90+3.

Vulverhempton – Brayton 0:3
Qol: Makallister, 42. Trossard, 70. Bissuma, 86.

Sauthempton – Kristal Palas 1:2
Qol: Romeu, 9 – Eze, 60. Zaha, 90+2.

Uotford – Bernli 1:2
Qol: Tarkovski, 8-öz qapısına – Kork, 83. Braunvill, 86.

Lids – Mançester Siti 0:4
Qol: Rodri, 13. Ake, 54. Q.Jezus, 78. Fernandinyo, 90+3.

1 may

17:00. Tottenhem – Lester Siti
17:00. Everton – Çelsi
19:30. Vest Hem – Arsenal

2 may

23:00. Mançester Yunayted – Brentford