Premyer Liqa: “Liverpul” xal itirdi, “Arsenal”la “Çelsi” qalib gəldi

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 9-cu tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.

“Bornmut” – “Brentford” matçında qapılara qol vurulmayıb. Altı qolun qeydə alındığı “Liverpul” – “Brayton” oyununda da qalib müəyyənləşməyib.

“Arsenal” London derbisində “Tottenhem” üzərində qələbə qazanıb. “Vest Hem” isə “Vulverhempton”u məğlub yola salıb.

“Fulhem” evdə “Nyukasl”a, “Sauthempton” isə “Everton”a məğlub olub. Səfərdə “Kristal Pelas”la qarşılaşan “Çelsi” də turu qələbə ilə başa vurub.

Turun qalan 3 matçı 2 və 3 oktyabrda baş tutacaq.

İngiltərə Premyer Liqası
9-cu tur
1 oktyabr

Arsenal – Tottenhem 3:1
Qol: Partey, 20. Q.Jezus, 49. Caka, 67 – H.Keyn, 31-pen.

Bornmut – Brentford 0:0

Kristal Pelas – Çelsi 1:2
Qol: Eduard, 7 – Obameyanq, 38. Qallaxer, 90.

Fulhem – Nyukasl 1:4
Qol: Rid, 88 – Uilson, 11. Almiron, 33; 57. Lonqstaff, 43.

Liverpul – Brayton 3:3
Qol: Firmino, 33; 54. Uebster, 63-öz qapısına – Trossard, 4; 17; 83.

Sauthempton – Everton 1:2
Qol: Aribo, 49 – Koadi, 52. Maknil, 54.

Vest Hem – Vulverhempton 2:0
Qol: Skamakka, 29. Bouen, 54.

2 oktyabr

17:00. Mançester Siti – Mançester Yunayted
19:30. Lids – Aston Villa

3 oktyabr

23:00. Lester Siti – Nottingem Forest