Futbol üzrə İngiltərə Premyer Liqasında 6-cı tura start verilib. Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları ilk oyun gününə təsadüf edib.
“Mançester Yunayted” doğma meydanda “Aston Villa”nı qəbul edib. “Qırmızı şeytanlar” bu oyunda minimal hesabla məğlub olublar.
Turun mərkəzi görüşü Londonda keçirilib. “Çelsi” burada son çempion “Mançester Siti”nin müqavimətini qırmağa çalışıb. Lakin bu oyunda da qonaqlar minimal hesabla qalib gəliblər.
“Liverpul” bu turda “Brentford” səfərinə yollanıb. Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. “Lester Siti” də “Bernli” ilə ev oyunundan xal itkisi ilə ayrılıb.
“Lids” evdə “Vest Hem”ə məğlub olubsa, “Everton” “Norviç Siti”ni məğlub yola salıb. “Uotford” – “Nyukasl” görüşü isə heç-heçə yekunlaşıb.
İngiltərə Premyer Liqası
6-cı tur
25 sentyabr
Mançester Yunayted – Aston Villa 0:1
Qol: Hoz, 88.
Çelsi – Mançester Siti 0:1
Qol: Q.Jezus, 53.
Lester Siti – Bernli 2:2
Qol: Vardi, 37; 85 – Vardi, 12-öz qapısına. Korne, 40.
Lids – Vest Hem 1:2
Qol: Rafinya, 19 – Firpo, 67-öz qapısına. M.Antonio, 90.
Uotford – Nyukasl 1:1
Qol: Sarr, 72 – Lonqstaff, 23.
Everton – Norviç Siti 2:0
Qol: Taunsend, 29. Dukure, 77.
Brentford – Liverpul 3:3
Qol: Pinnok, 27. Janelt, 63. Vissa, 82 – Jota, 31. Salah, 54. Cons, 67.
26 sentyabr
17:00. Sauthempton – Vulverhempton
19:30. Arsenal – Tottenhem
27 sentyabr
23:00. Kristal Pelas – Brayton