Premyer Liqa: London derbisində məhsuldar heç-heçə

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

“Nottingem Forest” doğma meydanda “Vest Hem”i minimal hesabla üstələyib.

Günün daha maraqla gözlənilən qarşılaşması isə “Çelsi” ilə “Tottenhem” arasında baş tutub. Dörd qolun qeydə alındığı London derbisi dramatik keçib və yekunda bərabərliklə yekunlaşıb. Matça damğa vuran hadisə isə komandaların baş məşqçiləri – Tomas Tuxel və Antonio Konte arasında baş verən gərginlik olub. Onların xüsusilə matçdan sonrakı hərəkətləri cavabsız qalmayıb. Baş hakim hər iki mütəxəssisə qırmızı vərəqə göstərib.

İngiltərə Premyer Liqası
2-ci tur
14 avqust

Nottingem Forest – Vest Hem 1:0
Qol: Avoniyi, 45+2.

Çelsi – Tottenhem 2:2
Qol: Kulibali, 19. R.Ceyms, 77 – Hoybyerq, 68. Keyn, 90+6.

Tura sabah keçiriləcək “Liverpul” – “Kristal Pelas” matçı ilə yekun vurulacaq.

İlk oyun günündə isə aşağıdakı nəticələr qeydə alınmışdı:

13 avqust

Aston Villa – Everton 2:1
Arsenal – Lester Siti 4:2
Brayton – Nyukasl 0:0
Mançester Siti – Bornmut 4:0
Sauthempton – Lids 2:2
Vulverhempton – Fulhem 0:0
Brentford – Mançester Yunayted 4:0