Premyer Liqa: Mançester derbisində “Siti”dən əzmkar qələbə

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 27-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Günün ilk oyunu “Börnli” ilə “Bornmut” arasında keçirilib. “Börnli” doğma meydanda 2 cavabsız qolla uduzub.

Turun mərkəzi oyunu da bu gün baş tutub. Mançester derbisində “Siti” “Yunayted”i qəbul edib. Oyunda hesabı erkən qola sevinən “qırmızı şeytanlar” açıblar. Amma ikinci hissədə 3 qol vuran son çempion doğma meydanda əzmkar qələbəyə sevinib.

Tura sabah keçiriləcək “Şeffild Yunayted” – “Arsenal” matçı ilə yekun vurulacaq.

İngiltərə, Premyer Liqa
27-ci tur
2 mart

Brentford – Çelsi 2:2
Qollar: Rasmussen, 50. Vissa, 69 – N.Cekson, 35. Disasi, 83.

Everton – Vest Hem 1:3
Qollar: Beto, 56 – Zuma, 62. Souçek, 90+1. E.Alvares, 90+5.

Fulhem – Brayton 3:0
Qollar: H.Uilson, 21. Munis, 32. A.Traore, 90+1.

Nyukasl – Vulverhempton 3:0
Qollar: A.İsak, 14. Qordon, 33. Livramento, 90+2.

Nottingem Forest – Liverpul 0:1
Qol: Nunes, 90+9.

Tottenhem – Kristal Pelas 3:1
Qollar: Verner, 77. Romero, 80. Son, 88 – Eze, 59.

Luton Taun – Aston Villa 2:3
Qollar: Çonq, 66. Morris, 72 – Uotkins, 24; 38. Din, 89.

3 mart

Börnli – Bornmut 0:2
Qollar: Kluyvert, 13. Semenyo, 88.

Mançester Siti – Mançester Yunayted 3:1
Qollar: Foden, 56; 80. Haland, 90+1 – Raşford, 8.

4 mart

00:00. Şeffild Yunayted – Arsenal