Premyer Liqa: “Mançester Siti” “Brentford”u tək qolla yendi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 18-ci turundan təxirə salınmış bir oyun keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə qarşılaşması son çempion “Mançester Siti” ilə “Brentford” arasında baş tutub.

“Şəhərlilər” doğma meydanda baş tutan bu oyundan çətin qələbə ilə ayrılıblar. Mançester təmsilçisinə qələbə gətirən yeganə qolu çempionun “qolçu vikinq”i Erlinq Haland vurub.

Bu qələbədən sonra xallarının sayını 56-ya çatdıran “Mançester Siti” “Arsenal”ı qanaqlayaraq 2-ci sıraya yüksəlib. Premyer Liqaya 57 xala malik “Liverpul” liderlik edir. “Arsenal”ın 55, “Aston Villa”nın 39, “Tottenhem”in 47, “Mançester Yunayted”in 44 xalı var. “Mançester Siti”yə uduzan “Brentford” isə 25 xalla 14-cü pillədə qalıb.

İngiltərə, Premyer Liqa
18-ci turun oyunu
20 fevral

Mançester Siti – Brentford 1:0
Qol: Erlinq Haland, 71.