Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
“Aston Villa” – “Bornmut” və “Everton” – “Fulhem” matçlarında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Dörd qolun qeydə alındığı “Brayton” – “Vulverhempton” matçında da qalib müəyyənləşməyib.
Yeddi qolluq “Brentford” – “İpsviç Taun” oyunu meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Son çempion və lider “Mançester Siti” isə bu dəfə “Sauthempton”la ev oyununda qələbəni tək qolla bayram edib.
9-cu turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
İngiltərə, Premyer Liqa
9-cu tur
25 oktyabr
Lester Siti – Nottingem Forest 1:3
Qollar: Vardi, 23 – Yates, 16. Vud, 47; 60.
26 oktyabr
Aston Villa – Bornmut 1:1
Qollar: Barkli, 76 – Evanilson, 90+6.
Brentford – İpsviç Taun 4:3
Qollar: Vissa, 44. Klark, 45+1-öz qapısına. Mbeumo, 51-pen; 90+6 – Şmodiks, 28. Hörst, 31. Delap, 86.
Brayton – Vulverhempton 2:2
Qollar: Uelbek, 45. Ferquson, 85 – Ait-Nuri, 88. Kunya, 90+3.
Mançester Siti – Sauthempton 1:0
Qol: Haland, 5.
Everton – Fulhem 1:1
Qollar: Beto, 90+4 – İvobi, 61.
27 oktyabr
18:00. Çelsi – Nyukasl
18:00. Kristal Pelas – Tottenhem
18:00. Vest Hem – Mançester Yunayted
20:30. Arsenal – Liverpul


