Premyer Liqa: “Mançester Siti” “Vest Hem”lə bacarmadı

Futbol üzrə İngiltərə Premyer Liqasında 37-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.

“Aston Villa” – “Kristal Pelas”, “Vulverhempton” – “Norviç Siti” və “Lids” – “Brayton” matçlarında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Tottenhem” doğma meydanda “Bernli”ni minimal hesabla üstələyib. Səfərdə “Uotford”la qarşılaşan “Lester Siti” 3 xalı darmadağınla qazanıb. Beş qolun qeydə alındığı “Everton” – “Brentford” matçı da qonaqların qələbəsiylə yekunlaşıb.

Çempionluq yarışında büdrəməməyə çalışan “Mançester Siti” “Vest Hem”in qonağı olub. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. “Şəhərlilər” xal itkisinə baxmayaraq, vahid liderliyi davam etdirirlər.

“Şəhərlilər”in əsas izləyici “Liverpul” da bu tur səfərdə meydana çıxacaq. Yurgen Kloppun komandası “Sauthempton”la qarşılaşacaq.

İngiltərə Premyer Liqası
37-ci tur

15 may

Tottenhem – Bernli 1:0
Qol: H.Keyn, 45+8-pen.

Aston Villa – Kristal Pelas 1:1
Qol: Uotkins, 69 – Şlupp, 81.

Vest Hem – Mançester Siti 2:2
Qol: Bouen 24; 45 – Qriliş, 49. Çoufal, 69-öz qapısına.

Vulverhempton – Norviç Siti 1:1
Qol: Nuri, 55 – Pukki, 37.

Lids – Brayton 1:1
Qol: Struyjik, 90+2 – Uelbek, 21.

Uotford – Lester Siti 1:5
Qol: J.Pedro, 6 – Meddison, 18. Vardi, 22; 70. Barnes, 46; 86.

Everton – Brentford 2:3
Qol: Levin, 10. Riçarlison, 45+2-pen – Koleman, 37-öz qapısına. Vissa, 62. Henri, 64.

16 may

23:00. Nyukasl – Arsenal

17 may

22:45. Sauthempton – Liverpul