Premyer Liqa: “Mançester Siti”dən 7 cavabsız qol

Futbol üzrə İngiltərə Premyer Liqasında 17-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə səfərdə “Norviç Siti” ilə qarşılaşan “Aston Villa” inamlı qələbəyə sevinib. Lider “Mançester Siti” isə doğma meydanda “Lids”i biabırçı hesabla məğlub edib.

“Çelsi”nin bu turdakı rəqibi “Everton” olacaq. Tura “Liverpul” – “Nyukasl” matçıyla yekun vurulacaq.

Bu tur keçirilməli olan “Brentford” – “Mançester Yunayted” matçı qonaq komandanın heyətində koronavirusa kütləvi yoluxma olduğu üçün təxirə salınıb.

İngiltərə Premyer Liqası
17-ci tur
14 dekabr

Norviç Siti – Aston Villa 0:2
Qol: Remsi, 34. Uotkins, 87.

Mançester Siti – Lids 7:0
Qol: Foden, 8. Qriliş, 13. De Bruyne, 32; 62. Mahrez, 49. Stounz, 74. Ake, 78.

15 dekabr

23:30. Bernli – Uotford
23:30. Brayton – Vulverhempton
23:30. Kristal Pelas – Vulverhempton
00:00. Arsenal – Vest Hem

16 dekabr

23:30. Lester Siti – Tottenhem
23:45. Çelsi – Everton
00:00. Liverpul – Nyukasl

Xəbəri sosial şəbəkələrdə paylaş: