Premyer Liqa: “Mançester Yunayted” 90+9-cu dəqiqədə “yıxıldı”

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2022/2023 mövsümünün 28-ci turundan təxirə salınmış oyunlar keçirilib. Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

“Mançester Yunayted” səfərdə “Brayton”la qarşılaşıb. Matçın böyük hissəsi qolsuz keçib. Lakin meydan sahibləri əlavə olunmuş 9-cu dəqiqədə penaltidən dəqiq yararlanmaqla “qırmızı şeytanlar” üzərində qələbəyə seviniblər.

Hazırda Premyer Liqada 79 xala malik “Mançester Siti” vahid liderdir. “Arsenal” 78 xalla ikinci pillədə qərarlaşıbsa, “Nyukasl” 65 xalla üçüncüdür.

“Mançester Yunayted”in 63, “Liverpul”un 59, “Tottenhem”lə “Aston Villa”nın 54, “Brayton”un 52, “Brentford”un 50, “Fulhem”in 45, “Kristal Pelas”ın 40, “Çelsi” və “Bornmut”un 39, “Vulverhempton”un 37 xalı var.

“Vest Hem” 34, “Lester Siti”, “Lids” və “Nottingem Forest” 30, “Everton” 29, sonuncu olan “Sauthempton” da 24 xal toplaya bilib.

İngiltərə Premyer Liqası
28-ci turun oyunu
4 may

Brayton – Mançester Yunayted 1:0
Qol: Makallister, 90+9-pen.

Xəbəri istədiklərinizlə paylaşın